Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında bildirib.
Söhbət zamanı Berlində "Normandiya dördlüyü" liderlərinin müşavirlərinin son danışıqları və mümkün sanksiyaların tətbiqi müzakirə edilib.
Xatırladaq ki, bu həftə Berlində "Normandiya dördlüyü"nün (Rusiya, Ukrayna, Fransa, Almaniya) siyasi məsləhətçiləri arasında Ukrayna nizamlanması üzrə danışıqlar aparılıb.