Modern.az

Naftalanda şəhidin ildönümü qeyd olundu

Naftalanda şəhidin ildönümü qeyd olundu

Актуально

13 Fevral 2022, 17:27

Naftalanda Şəhid Bəxtiyar Aslanovun xatirəsi anılıb.

 

Modern.az xəbər verir ki, Naftalanda Vətən müharibəsi Şəhidinin il dönümü qeyd olunub.

 

 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Bəxtiyar Aslanovun il dönümü ilə əlaqədar Şəhidimizin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Naftalan şəhərində əziz xatirəsi ehtiramla anılıb.

 

Mərasimdə ŞİH başçısının müavini Arzu Məmmədov, Millət Vəkili Anar Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri və şəhər ictimaiyyəti iştirak edib. 

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Şəhid Bəxtiyar Aslanov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı