Modern.az

100-dən çox Azərbaycan vətəndaşı Ukraynanı tərk edib - RƏSMİ

100-dən çox Azərbaycan vətəndaşı Ukraynanı tərk edib - RƏSMİ

Current

25 Fevral 2022, 12:53

“Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etmək, evlərində qalmaq tövsiyə olunur. Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar”.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

“Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100-dən çox vətəndaş Ukraynadan Moldovaya keçib. Ukraynanın qərbindəki ölkələrə Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır”, - nazir qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı