Modern.az

Özündən 19 yaş kiçik qadını ondan boşandığı üçün ÖLDÜRÜB

Özündən 19 yaş kiçik qadını ondan boşandığı üçün ÖLDÜRÜB

Aktual

6 Aprel 2022, 14:40

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub.

 

Modern.az xəbər verir ki, hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.

 

Onlar bir müddət əvvəl ailədaxili problemlər səbəbindən boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.

 

Qafqazinfo-nun məlumatına görə, bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib.

 

Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı