Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda Ramana Südçülük sovxozunda yerləşən qəbiristanlıqda 6 qəbirin üzərindən güldanları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İlkin Həşimov müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.