Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko arasında görüş olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, ilk növbədə, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında imzalanmış Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi müzakirə olunub.