Modern.az

Əhliman Əmiraslanov seçicilərlə növbəti dəfə görüşdü - FOTO

Əhliman Əmiraslanov seçicilərlə növbəti dəfə görüşdü - FOTO

Актуально

15 Aprel 2022, 21:23

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının Sabirabad rayonu təşkilatının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla seçicilərlə növbəti dəfə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə, o cümlədən Sabirabad rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi məqsədilə icra edilən layihələr barədə məlumat verib. 


Görüşdə iştirak edən sakinlər Əhliman Əmiraslanovun həmişə seçiciləri narahat edən məsələlərin həllində yaxından köməklik göstərdiyini bildiriblər. Seçicilər dəfələrlə xəstəliyi olan insanların müayinə və müalicəsinə, çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının təşkil edilməsi və yaxud bilavasitə icra olunmasına görə Ə.Əmiraslanova minnətdar olduqlarını qeyd ediblər. Sonra  isə sakinlər onları narahat edən problemləri səsləndiriblər. Qeyd edilən problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.  

 

Görüşdə orta məktəblərin sosial problemləri, qazla təchizat və s. ilə bağlı məsələlər qaldırılıb. Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin daim diqqət mərkəzində saxlanıldığını və həlli istiqamətində müvafiq addımlar atılacağını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı