Modern.az

Türkiyə və Azərbaycanın inkişafını şərtləndirən layihə reallaşır

Türkiyə və Azərbaycanın inkişafını şərtləndirən layihə reallaşır

Актуально

10 May 2022, 13:18

Türkiyə və Azərbaycan hər iki ölkəyə ciddi divdentlər qazandıracaq böyük iqtisadi  layihəyə imza atır. Layihə hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı əhalinin işlə təmin olunması, ucuz bazarların təşkil edilməsi və bu istiqamətdə digər məsələlərin həyata keçirilməsi ilə yanaşı hər iki ölkənin milli maraqlarının təmin edilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

 

Modern.az xəbər verir ki, çoxsaylı şirkətləri özündə birləşdirən "Aztürk Holdinqin" koordinatorluğu ilə reallaşdırılan layihə Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafını sürətləndirəcək.

 

Layihə çərçivəsində ilk öncə Azərbaycanda qida, tekstil, texnologiya, səhiyyə daxil olmaqla bir çox sektoru əhatə edən böyük və çeşidli bazarlar qurulacaq. Burada müxtəlif sahələrdə açılacaq yeni iş yerlərində minlərlə vətəndaşımız işlə təmin olunacaq.

 

Layihə ilə bağlı daha detallı məlumat veriləcək...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı