Modern.az

Şoyqu Ukraynaya görə Qərbi ittiham etdi

Şoyqu Ukraynaya görə Qərbi ittiham etdi

مورد توجه

24 May 2022, 14:45

Ukraynada Qərbin himayəsi altında rusofob hisslər formalaşıb, rus dili, mədəniyyəti və tarixi təqib edilir.

 

Modern.az xəbər verir ki, belə iddia ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib.

 

“Ukrayna cəmiyyətində rusofob millətçi hisslər inkişaf edib, rus dili, rus mədəniyyəti və ortaq tariximiz təqib edilir. Səkkiz il ərzində Kiyev rejimi metodik olaraq Donbassın şəhər və kəndlərini atəşə tutub. Bu müddət ərzində 14 mindən çox insan həlak olub, 33 minə yaxın insan isə yaralanıb”,- deyə Şoyqu Ukrayna əleyhinə fikirlər səsləndirib.

 

Budan başqa, Şoyqu vurğulayıb ki, Ukraynanın nüvə silahı və daşıyıcı maşınlar istehsal ilə bağlı real təhlükələr vardı. 


“Ukraynanın NATO-ya qoşulması, ərazisində hərbi infrastrukturunun yerləşdirilməsi üçün səylər göstərilird. Ukrayna ABŞ vasitəsilə sərhədlərimizin yaxınlığında faktiki olaraq bioloji silahların komponentləri yaradılıb”,- Şoyqu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı