Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Modern.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.
Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə tarixi nailiyyətə imza atıb.
Qeyd edək ki, finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.