Modern.az

“El” Hərəkatının ilk BƏYANATI: “Məqbul namizədə dəstək verəcəyik”

“El” Hərəkatının ilk BƏYANATI: “Məqbul namizədə dəstək verəcəyik”

Aktual

12 Mart 2013, 16:55

Bu gün “El” Hərəkatının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, təqdimat mərasimində “El” Hərəkatı bəyanat yayıb. Bəyanatda bildirilir ki, “El” Hərəkatı seçkiqabağı şəffaf və demokratik mühitin yaradılması üçün səsvermənin nəticələrinin saxtalaşdırılmasına qarşı təcili tədbirlər görülməsinə çalışacaq. Qurum eləcə də seçkilərdə özünün irəli sürdüyü və yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi üçün Azərbaycanın bütün ictimai-siyasi qurumları və siyasi qüvvələrlə dialoq əməkdaşlığına hazırdır.

“El” Hərəkatının təşəbbüs qrupunun yaydığı bəyanatda qeyd olunur ki, qurum milyonlarla insanın mövqeyi, arzu və istəyini ifadə edir.

““El” Hərəkatının yaranmasını bəyan edərkən biz bu əqidə ilə dünya boyu yaşayan bütün soydaşlarımızın inam və səmimiyyətinə arxalanırıq. Hər gün müxtəlif problemlərlə üzləşən, ölkənin mövcud reallığından narazı əhalinin alimi, müəllimi, həkimi, ağsaqqalı, cavanı da demokratik islahatların və qanunun aliliyini anlayır.
“El” hərəkatı milli mənəvi və demokratik dəyərləri uca tutan və ölkənin yeniləşib və inkişaf etməsini istəyən vətəndaşı təmsil etmək niyyətindədir. Bu insanları fəal mübarizəyə qoşur və onların dəstəyinə güvənir".

  Anar Rüstəmov  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı