Modern.az

Son sutkada bu qədər vaksin vurulub

Son sutkada bu qədər vaksin vurulub

Актуально

17 Avqust 2022, 16:36

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 842 888, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 329, üç və daha çox doza vaksin vurduranların sayı 3 354 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 488 təşkil edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı