Modern.az

Rusiyalı milyarder vətəndaşlıqdan imtina etdi

Rusiyalı milyarder vətəndaşlıqdan imtina etdi

Güncel

11 Oktyabr 2022, 08:20

Rusiyalı iş adamı və investor, “DST” Global İnvestisiya Fondunun sahibi Yuri Milner Rusiya vətəndaşlığından imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün tviter hesabında yazıb. Milnerin sözlərinə görə, ailəsi ilə birlikdə 2014-cü ildə Rusiyanı tərk edib.

 

“Bu yay biz Rusiya vətəndaşlığından çıxmaq prosesini rəsmən başa çatdırdıq”, - iş adamı yazıb.

 

Qeyd edək ki, Milner bu il Rusiyanın Forbes reytinqində 15-ci yeri tutub. Onun sərvəti 7,3 milyard dollar qiymətləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı