Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.
Modern.az UNIAN-a istinadən bildirir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, Novovasilyevka, Novoqriqoriyevka, Novo Kamenka, Trifonovka və Çervonoe kəndləri Ukrayna ordusunun nəzarəti altına keçib.