Modern.az

Erməni hərbçilər Azərbaycandan tam çıxarılmayıb - Ceyhun Bayramov 

Erməni hərbçilər Azərbaycandan tam çıxarılmayıb - Ceyhun Bayramov 

Güncel

12 Oktyabr 2022, 21:58

Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilməyib, erməni hərbçilər Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Astana şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.

 

Nazir, həmçinin Ermənistan tərəfindən təxribatların davam etdirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, sentyabrın 13-14-də sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribat çoxsaylı insan itkisinə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı