Modern.az

Arayik dəstəsi ilə Xankəndiyə qayıtdı - mətbuat konfransı keçirəcək

Arayik dəstəsi ilə Xankəndiyə qayıtdı - mətbuat konfransı keçirəcək

Актуально

17 Oktyabr 2022, 16:44

Ötən həftədən İrəvanda olan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” Xankəndiyə qayıdıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Arayikin “mətbuat katibi” Lusine Avanesyan bildirib.


O qeyd edib ki, yaxın günlərdə Ermənistanın paytaxtında rəsmilərlə keçirilən görüşlərin təfərrüatları Xankəndidəki erməni ictimaiyyətinə təqdim olunacaq.

Sabah Xankəndidə separatçıların “hökuməti” geniş tərkibdə iclas keçirəcək.

“Digər sosial qruplarla da müzakirələr nəzərdə tutulub”, - deyən Avanesyan bildirib ki, Arayik Arutyunyanın Qarabağ İctimai Televiziyasına müsahibə vermək təklifini də qəbul edib.

Bütün görüşlərdən və müzakirələrdən sonra Arayik həftənin sonunda ictimaiyyəti narahat edən əsas suallara cavab verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı