Modern.az

“Çoxu partiyamızın adını belə bilmir” - Tahir Kərimli

“Çoxu partiyamızın adını belə bilmir” - Tahir Kərimli

مورد توجه

24 Oktyabr 2022, 11:22

“Biz özümüzü cəmiyyətdə təsdiq etməliyik ki, həqiqətən də ciddi partiyayıq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində çıxış edən Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli deyib.

 

“Mən də istəmərəm ki, yenidən özümü əziyyətə verib seçicilərlə işləyim, imza toplayım. Amma biz əziyyət çəkməliyik, özümüzü sübut etməliyik. Bu gün xalqın gözündə inam qazanmalıyıq. Gəlin baxaq, vətəndaşların çoxu nə partiyamızın adını bilir, nəinki sədrini...  Azərbaycanda çoxu bir şəxsin nüfuzu əsasında formalaşmış partiyalar var. Bir çoxları partiya sədri ilə dalaşıb gedib özünə yeni partiya yaradıb, bunun nə mənası var. Bəzi ölkələrdə açıq tipli partiyalar mövcuddur. Amma bizdə bu sistem yoxdur”, - deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı