Modern.az

Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Bakıdadır - FOTOLAR

Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Bakıdadır - FOTOLAR

Aktual

27 Fevral 2023, 17:00

Fevralın 27-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Avropa İttifaqının cinayət yolu ilə əldə olunmuş əmlakların bərpası sahəsində həyata keçirilən Tvinninq layihəsinin icrası və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verilib. Mütərəqqi informasiya texnologiyarının tətbiq edildiyi və hazırda test rejimində fəaliyyət göstərən EPİS platforması qonaqların marağına səbəb olub.

 

Kamran Əliyev Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü - FOTOLAR

Kamran Əliyev Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü - FOTOLARKamran Əliyev Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü - FOTOLARKamran Əliyev Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü - FOTOLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı