Modern.az

Hərbi hissələrdə mina axtarma əməliyyatları öyrədilir

Hərbi hissələrdə mina axtarma əməliyyatları öyrədilir

Aktual

28 Fevral 2023, 11:52

Hazırda hərbi hissələrdə humanitar minaaxtarma və döyüş ərazilərinin təmizlənməsi, ümümilikdə beynəlxalq minaaxtarma əməliyyatlarının öyrədilməsi həyata keçirilir.

 

Modern.az xəbər verir ki, bu sözləri ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda müharibədən sonrakı dövrdə beynəlxalq minaxtarma işləri genişlənib.

 

"Minaaxtarma işiylə məşğul olan təşkilatların eyni bir qaydayla işləməsi lazımdır ki, sonda əhalimiz bu ərazilərdə rahatlıqla məskunlaşa bilsinlər. ANAMA-da bu səbəbdən üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. ANAMA beynəlxalq minaaxtarma işində ən təcrübəli təşkilatdır. Bu sahədə digər təşkilatlara da öz təcrübəsi mübadiləsini də həyata keçirir. Bu səbəbdən biz təlimlər təşkil edir, təlim heyəti və təlim üçün vəsaitlər çoxaldılır",- deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı