Modern.az

Faktiki hava açıqlandı - Leysan, külək və isti 

Faktiki hava açıqlandı - Leysan, külək və isti 

Актуально

19 Avqust 2023, 11:53

 

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

Bu barərə Modern.az-a Xidmətdən məlumat verilib.

 

Düşən yağıntının miqdarı Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub.

 

Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib.

 

 

Bildirilir ki, denən Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı