Modern.az

Tatarlı kəndində yolun əsas hissəsi asfaltlandı - FOTO

Tatarlı kəndində yolun əsas hissəsi asfaltlandı - FOTO

Актуально

19 Avqust 2023, 23:02

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin və Goranboy rayon İcra Hakmiyyətinin başçısının yerlərdə keçirilən qəbulları vətəndaş qəbullları zamanı müraciətlər araşdırılıb.

 

Modern.az xəbər verir ki, bir qrup Tatarlı kənd sakininləri, xüsusən də Şəhid, Milli Qəhrəman Ocaqverdiyev Sərxanın anası Gülzar Ocaqverdiyevanın kəndarası yolların asfaltlanması ilə bağlı müraciətlərinə əsasən kənd yolunun əsas hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövcud imkanları daxilində 23 saylı Yol İstismarı idarəsi tərəfindən asfaltanması təmin edilmişdir.

 

Bununla əlaqədar rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev yolun istismara verilməsində iştirak edib.

 

Bir qrup kənd sakini yolun asfaltlanmasının kəndin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı