Naxçıvan şəhərinin 3-cü mikrorayon ərazisində Babək küçəsində magistral su xəttində qəza baş verib.
Modern.az xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.
Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.