9 yaralı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maşınları ilə Xocavənddən Xankəndiyə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə mətbuata Qarabağ ermənilərinin nümayəndələri bildiriblər.
***
Qarabağdakı erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki ofisinə müraciət edərək Xocavənddəki xəstəxanaya yerləşdirilən yarılılılara yardım istəyiblər.
Modern.az bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərə görə, BQXK-nin altı ədəd avtomobili Xankəndidən Xocavənd istiqamətinə hərəkət edib.
Məlumata görə, BQXK nümayəndələri erməni yaralıları Xocavənd xəstəxanasından götürüb Xankəndiyə aparacaq.