Modern.az

İraqda üçgünlük matəm elan edildi

İraqda üçgünlük matəm elan edildi

Aktual

27 Sentyabr 2023, 16:22

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Naynava əyalətinin Xamadniyə şəhərində toyda baş verən yanğın nəticəsində ölənlərlə bağlı üçgünlük matəm elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Yanğın nəticəsində bəy və gəlin koma vəziyyətinə düşüblər. Hadisə ilə bağlı 9 nəfər həbs olunub. Müəssisənin sahibi hələ tutulmayıb.

 

İraq Qızıl Aypara Cəmiyyəti ölən və xəsarət alanların sayının 450-dən çox olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı