Modern.az

Üç rayonun qazı KƏSİLƏCƏK

Üç rayonun qazı KƏSİLƏCƏK

Актуально

12 Oktyabr 2023, 07:44

Saatlı, İmişli və Sabirabadda təbii qazın təchizatı müvəqqəti dayandırılacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə bağlı bu gün saat 07:00-dan etibarən işlər başa çatanadək “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşağından, həmçinin saat 08:00-dan etibarən işlər başa çatanadək “İmişli”, “Qaratəpə”, “Nərimankənd”, “Sabirabad”, “Saatlı”, “Otuzikilər”, “Qaracalar”, “Axundov” QPS-lərdən və “Əlillər evi” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə İmişli və Saatlı rayonlarının tam olaraq, Sabirabad rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı