Modern.az

Putin MDB ölkələrində rus dilinə nəzarət edəcək Prezident Şurası YARATDI

Putin MDB ölkələrində rus dilinə nəzarət edəcək Prezident Şurası YARATDI

Aktual

9 İyun 2014, 23:42

Rusiyanın dövlət başçısı Vladimir Putin Prezident Yanında Rus dili üzrə Şuranın yaradılması haqqında fərman imzalayıb. Modern.az bildirir ki, Şuranın yaradılmasında məqsəd rus dilinin dövlət dili kimi inkişafı və müdafiəsidir. Şura Prezident yanında məsləhtçi və korrdinasiya funksiyaları daşıyan orqan olaraq dövlət siyasətində rus dlinin müdafiəsi və dəstəklənməsi, inkişafını təkmilləşdirmək məqsədi ilə yaradılıb. Müxtəlif səlahiyyətlərin daxil edildiyi Şuranın əsas vəzifələrindən biri də rus dilinin Rusiya və xarici ölkələrdə dəstəklənməsi, inkişafı və müdafiə edilməsi üçün təkliflərin hazırlayıb prezidentə təqdim etməkdir.

Bununla bağlı qurum digər dövlətlərlə humanitar əlaqələri həyata keçirən təşkilatların işini koordinasiya edəcək. 43 nəfərlik Şuranın üzvləri arasında Rusiyanın nufuzlu ali məktəblərinin rəhbərləri, dövlət İnformasiya agentliklərinin başçıları var. Xatırladaq ki, Rusiya və Azərbaycanın humanitar sahədə əlaqələri müxtəlif sazişlərlə tənzimlənir.

Bunların içində 1997-ci ildə imzalanmış mədəni-informasiya mərkəzlərinin təsisi və şərtləri haqqında saziş, 2002-ci ildə imzalanmış təhsil, elmi dərəcə və elmi adlarla bağlı sənədlərin ikitərəfli tanınması haqqında saziş, 2013-cü ildə isə 2015-ci ilə kimi humanitar sahədə əməkdaşlıq proqramı göstərmək olar. Moskva və Bakı Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi işində fəal əməkdaşlıq edirlər.

Ötən ilin oktyabr ayında Bakıda "MDB-də rus dilinin dəstəklənməsi integrasiya proseslərinin inkişafı əsasları kimi” adlı gənc rus dili müəllimlərin, aspirantların və tələbələrin reqional forumu keçirilib. Foruma Rusiya, Gürcüstan və Azərbaycandan 200-ə qədər nümayəndə iştirak edib. Forumu "Rossotrudniçestvo” və L.N.Tolstoy ad. Tula Dövlət pedaqoji universitet təçkil edib. Noyabr ayında isə Gəncə şəhərində Rusiyanın aparıcı filoloqların iştirakı ilə "Rus dilini qoruyaq” elmi-praktiki konfrans və 9-10-cu sinif şagirdlərin arasında rus dili üzrə olimpiada keçirilib. 2008-ci ildən fəaliyyət göstərən M.V.Lomonosov adına Moskva dövlət universitetinin Bakı filialı hazırda ən nüfuzli ali məktəblərdən biri sayılır.

Hazırda 5 fakultədə (kimya, iqtisadiyyat, filologiya, psixologiya və tətbiqi riyaziyyat) 500-dən artıq tələbə təhsil alır, MDU-nun aparıcı professor və müəllimləri dərs deyirlər.Bakı Dövlət Universitetində "Rus dili kabineti” ("Rus dünyası” fondu tərəfindən 2008-ci ilin noyabr ayında açılıb), Bakı slavyan universitetində - "Moskva auditoriyası” adlı Rusiya təhsil-mədəni mərkəzi (2010-cu ilin sentyabr ayında açılıb) fəaliyyət göstərir.

Bununla yanaşı Azərbaycanın kitab bazarında rus dilində bədii və elmi-kütləvi ədəbiyyat xeyli yer tutur. Bakıda "Rus kitabının evi” var. "Rossotrudniçestvo” və Səfirlik tərəfindən təşkil edilmiş rus dili və tarix üzrə olimpiadaların 45 azərbaycanlı qalibi Rusiya Federasiyasının tarixi yerlərə səyahət edib. Humanitar xarakterli tədbirlərin keçirilməsində Rusiya informasiya-mədəni mərkəzinin (RİMM) böyük rolu var.

 

X. SƏFƏROĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı