Modern.az

Avropa Liqasının qalibi bəlli oldu

Avropa Liqasının qalibi bəlli oldu

İdman

Bu gün, 00:56

UEFA Avropa Liqasında final matçı keçirilib.

Modern.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.

Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.

Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı