Modern.az

Bakıda başına armatur batan şəxs necə sağ qalıb? (FOTO)

Bakıda başına armatur batan şəxs necə sağ qalıb? (FOTO)

Ülke

19 May 2011, 13:53

Türkiyə vətəndaşı Tiryaki Arslan 13 avqust 2009-cu ildə Suraxanı rayonu ərazisində Su təmizləmə qurğularının tikintisini həyata keçirən “Türkoğlu” şirkətdə öz əmək vəzifəsini yerinə yetirərkən tikintinin aparılması təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, başına 4 metr hündürlükdən 18 mm diametrində metal armatur düşüb və o, “Açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ təpə-parasaggital nahiyyəsinin deşilmiş sınığı, həmin nahiyyədə kəllə boşluğuna nüfuz edən yad cism (metal armatur, papaq fraqmenti)” diaqnozu ilə Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra, Tiryaki Arslanın bədəninin sol ətrafında hərəkət itib, iflic vəziyyətinə düşüb. Hal hazırda, bədəninin sol tərəfi işləmir və əmək qabiliyyəti 100 faiz itib.

Zərəçəkənin vəkili Qurban Məmmədov Modern.az-a bildidb ki, “Neyrocərrahlıq”  xəstəxanasında olarkən,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin əməkdaşları T.Arslanın yanına gəlib, ona hansısa sənədlərə imza etdirərək, baş vermiş hadisənin səbəbkarlarının müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görəcəklərini bildiriblər..

“Lakin sonradan cinayət hadisəsi gizlədilib, qeydə alınmayıb və iş üzrə aparılan təhqiqatın nəticəsi barədə T.Arslana heç bir məlumat verilməyib”-deyə vəkil bildirib. Onun sözləriə görə, Tiryaki Arslan çalışdığı şirkətdə qanunsuz işlədilib, işlədiyi müddət ərzində isə təhlükəsizliyinin təminat tədbiri olaraq ona heç bir qoruyucu vasitə verilməyib.
T.Arslan Suraxanı Rayon Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Əmək Müfəttişliyinə hadisə barədə məlumat vermiş və baş vermiş hadisədə təqsirkar olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görülməsini xahiş edib.

“Lakin, nə Suraxanı Rayon Prokurorluğunda, nə də Dövlət Əmək Müfəttişliyində bu işlə bağlı heç bir ciddi araşdırılma aparılmır”.






Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı