Avqustun 13-də Kür çayında batmış gəncin cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kürün Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 08:10-da başa çatıb.