Modern.az

Təhsil Nazirliyində daha bir təyinat

Təhsil Nazirliyində daha bir təyinat

Страна

19 Sentyabr 2013, 10:15

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Təhsil Nazirliyində aparılmış struktur islahatları nəticəsində Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və onların əvəzində yeni İnformasiya şöbəsi yaradılıb.
Təhsil Nazirliyi dünən Modern.az saytının sorğusuna cavab olaraq İnformasiya şöbəsinin müdir müavinin adını açıqlayıb. Bu, yaxın günlərədək İctimai Televiziyada çalışmış Cəsarət Valehovdur. O, İnformasiya şöbəsinin müdir müavini olmaqla yanaşı, həm də bu şöbənin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri təyin edilib.

Bəs İnformasiya şöbəsinin müdiri kimdir?

Modern.az saytının Təhsil Nazirliyindən aldığı məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun bir müddət öncə imzaladığı əmrlə Elnur Əliyev İnformasiya şöbəsinə müdir təyin olunub.

Xatırladaq ki, bu yaxınlaradək Təhsil Nazirliyinin ictimaiyyət və mətbuatla işini Bayram Hüseynzadə həyata keçirirdi. İctimaiyyətlə əlaqələr şöbəsi ləğv ediləndən sonra Bayram Hüseynzadə vəzifəsini itirdi. İndi o, nazirliyin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru qalıb.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı