Modern.az

Saxlanılan oliqarxlarla bağlı niyə rəsmi məlumat verilmir? - AÇIQLAMA

Saxlanılan oliqarxlarla bağlı niyə rəsmi məlumat verilmir? - AÇIQLAMA

Страна

14 May 2015, 12:43

Son günlər mətbuatda kifayət qədər tanınmış iş adamının həbsi ilə bağlı informasiyalar yayılır. Amma nədənsə rəsmi orqanlar nə telefon zənglərinə cavab verir, nə də hər hansı informasiya yayır. Cəmiyyət isə çaşqınlıq içərisində mətbuatın yazdıqları ilə kifayətlənməkdədir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Moden.az saytına açıqlamasında məsələni bu cür izah edib:

“Jurnalist dostlarımız bəzən hər hansı məlumatı tələm-tələsik, kifayət qədər hüquqa əsaslanmadan verir. Nəzərə almaq lazımdır ki, şəxsin saxlanması və həbs edilməsi ayrı-ayrı hərəkətlərdir. Şəxs qanunla müəyyən olunan müddətdə saxlanıla bilər, onunla müəyyən izahat işi, profilaktik tədbirlər aparıla bilər ki, bunu da dərhal həbs kimi qiymətləndirib mətbuata ötürmək yolverilməzdir.

Bu zaman insanlarda həm hüquq-mühafizə orqanlarının hərəkəti barədə şübhə yaranır, həm də informasiyaların təkzib olunması müşahidə edilir”.

Deputat hesab edir ki, hüquq-mühafizə orqanları informasiyanı yaymazdan əvvəl lazımi məlumatların toplanması ilə məşğul olur:

“İstintaq orqanları həbsdən daha çox onların saxlanılması, əməliyyata lazım olan sualların cavablandırılması ilə məşğuldurlar, araşdırmalar aparılır. Buna görə də hüquq-mühafizə orqanları rəsmi məlumat verməyincə, saxlanılan şəxs ətrafında müəyyən fikirlərin qəti olaraq formalaşmasına imkan vermək düzgün deyil. Çünki saxlanma ilə həbs tamamilə başqa-başqa şeylərdir”.

“Cahangir Hacıyevin işi” və ya “maliyyə xəyanətləri” adı altında mediada bir-birinin ardınca iş adamlarının həbs, saxlanma xəbərləri yayılır. Mayın 12-də “PNN Group” şirkətinin rəhbəri Nizami Priyevin 4 ay müddətinə həbs edildiyi, daha sonra  “Avesta Concern" Holdinqin rəhbəri Hacı İbrahim Nehrəmlinin istintaqa çağrılıdığı bildirilir.
 “Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyevin, Şəkinin sabiq icra başçısı, "BakFen" MMC sahibi Murad Cabbarlının həbs olunduğu haqda xəbərlər yayılıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı