Modern.az

Maştağaya şəhər statusu verilə bilər

Maştağaya şəhər statusu verilə bilər

Страна

18 Oktyabr 2015, 23:42

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Maştağaya gələcəkdə rayon, yaxud şəhər statusunun verilməsini istisna etmir. Modern.az saytına açıqlamasında o, bunu təkcə adı çəkilən qəsəbədə yaşayanların sayının 80 mini ötməsi ilə əlaqələndirib. Deputat qeyd edib ki, bunun üçün infrstruktur mütləq olmalıdır.

“Bildiyiniz kimi, bu cür məsələlər dövlət siyasətidir. Həmçinin, rayon, şəhər statusu almaq üçün orda müəyyən infrastruktur olmalıdır. Bunlar fərqləndirici şeylərdir. Rayonun ərazisi böyük və əhatəli olmalıdır. Əhalinin, məktəblərin, xəstəxanaların sayı çox olmalıdır. Sözsüz ki, Maştağa çox böyük qəsəbədir. Azərbaycanda elə rayon var ki, əhalisinin sayı 40 min, 50 mindir, amma, rayon statusu alıb. Çünki ərazi böyük olmaqla yanaşı, infrastrukturun olması da vacibdir”.

Namidə BİNGÖL 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı