Modern.az

Tələbələr ayda 120 manata necə yaşayırlar?

Tələbələr ayda 120 manata necə yaşayırlar?

Ölkə

6 Dekabr 2010, 11:19

Apardığımız sorğu tələbələrin öz xərclərini birtəhər ödədiyini ortaya qoydu

Bu günkü sosial problemlərin bir zərbəsi də tələbələrə dəyir desək, yanılmarıq. İndiki zamanda ali məktəbdə oxumaq kifayət qədər böyük vəsait tələb edir. Qeyd edək ki, bu il sentyabr ayından etibarən prezident İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləğinin artırılması barədə sərəncam imzalayıb.

Bu sərəncama əsasən ali təhsil müəssələrində tələbələrə veriləcək təqaüdlərin məbləği artırılıb. Belə ki, indi adlı təqaüd 100 manat,  əla oxuyanlar 80 manat, əla və yaxşı” oxuyanlar 65 manat, yaxşı-kafi oxuyanlar isə 40 manat alırlar.  Magistr pilləsi üzrə təhsil alanlar tələbələr isə “əla”ya görə 85 manat, digərləri isə müvafiq olaraq 65 manat və 40 manat alır.

Sovet dövründə tələbələrin əksəriyyəti yataqxanalarda qalırdı və bu baxımdan bahalı kirayə evləri tapmaqla bağlı problemləri az olurdu. İndiki zamanda isə tələbə yataqxanalrında məcburi köçkünlərin məskunlaşması ali məktəb tələbəsini ilk növbədə kirayə ev tapmaq məsələsini prioritet edir. Ev isə bahadır. Son müşahidələrə görə, Bakıda kirayənin qiyməti bina evlərində 250 manatdan başlanır, həyət evlərində isə bu məbləğ adambaşına 100 manatdır. Bu baxımdan sadə hesablama aparsaq, iki nəfər tələbənin təkcə kirayədə qalması üçün aşağısı 140 manat pul xərcləməlidir. Bundan savayı tələbənin cibində yeni kitablar almaq, gündəlik yemək üçün ərzaq pulu olmalıdır. Azərbaycanda aparılan hesabatlara görə, ölkədə istehlak səbəti hər adam üçün minimum olaraq 500 manatdan başlanır. Bu baxımdan tələbələrin vəziyyəti o qədər də ürəkaçan görünmür. Oxumaq həvəsi ilə böyük şəhərə üz tutan gənclər burada darısqal evlərdə 2-3 nəfər olmaqla yaşayır və oxuyurlar.

Modern.az tələbələrin aylıq xərci ilə bağlı bir neçə ali məktəbdə oxuyan gənclər arasında sorğu keçirib. “Sualımız “ aylıq xərciniz nə qədərdir?” oldu.
Mövzu üzrə keçirilən sorğuda bir sıra maraqlı məqamlar ortaya çıxıb. Sorğu zamanı tələbələr aylıq xərcləri ilə yanaşı, oxuduqları ali təhsil ocaqlarında üzləşdikləri problemlərlə bağlı fikir söyləyiblər.

Azərbaycan Dövlət Neft Akademiyasının III kurs tələbəsi Vaqif Hümbətzadə bizə bildirib ki, aylıq xərci kifayət qədər çox çıxır. ”Orta hesabla aylıq xərcim 70-80 manat arası təşkil edir. Elə ay olur ki, bu rəqəm 100 manata çatır. Daha çox yolpulu və naharla yanaşı, gündəlik məsrəflərimizi nəzərə alaraq aldığımız təqaüd bizi heç də qane etmir”.

Növbəti respondentimiz isə Nemət Sarayev oldu. O, ADNA-nın Qaz-neft mədəni fakültəsinin II kursunda təhsil alır. Ali təhsilini davam etdirmək üçün Qazaxdan paytaxt Bakıya gələn Nemətin aylıq xərcləri digər tələbə yoldaşlalırına nisbətən çoxdur. Bakıda kirayə qaldığını söyləyən Nemət vurğulayıb ki, aylıq xərci evin kirayəhaqqı daxil olmaqla minimum 180-190 manatdır. “Bir çox halllarda əlavə kitablar alırıq, gündəlik yol pulu, dərs ləvazimatları üçün müəyyən qədər pul xərcləməli oluruq”.

“Tez-tez müəlllimlər tərəfindən bizə qarşı haqsızlıqlar edilir”. Bu fikirləri isə ADNA-nın Geoloji kəşfiyyat fakültəsinin tələbəsi Hümbətov Zaur Qurban oğlu söyləyib. Sorğumuzda yaxından iştirak edən Zaur tələbələrə verilən təqaüdlərin azlığından şikayət edib. O,  bildirib ki, aldığı 63 manat təqaüd ona çatmır. “Bu pul aylıq xərclərimi nəinki ödəyir, heç yol puluma da bəs etmir. Nə qədər çalışsam da aylıq xərcim ən azı 70 manat olur. Təhsillə bağlı suallımıza isə belə cavab verən Zaur onu qa qeyd edib ki, bu günki təhsilin səviyyəsi onu qane etmir.

Tələbəlik illərinin unudulmaz olduğunu deyən Əliyev Elvin Şükür oğlu Bakı Slavyan Universitetində təhsil alır. III kurs tələbəsi olan Elvin digər respondentlərimiz kimi təqaüdlərin azlığından şikayətlənib. Bir çox tələbələr kimi onun da əsas problemi ev problemidir. Aylıq orta hesabla 100-110 manat  pul xərclədiyini deyən Elvin çalışır ki, heç olmasa gündəlik xərclərini ödəmək üçün münasib bir iş tapsın.
”Üstəlik kirayəpulu və digər xərcləri nəzərə alsaq, deyə bilərəm ki, aylıq xərcim 120-130 manatdır”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  Nəqliyyat fakültəsinin III kurs tələbəsi  Fərid Vəliyevin dolanmaqla bağlı problemləri var. Fərid də mənzil problemi ilə tez-tez üzləşdiyini deyib. O, tələbə yataqxanalarının istifadəsiz vəziyyətdə olmasından gileylənib. Ödənişli sektorda təhsil aldığı üçün Fərid təqaüd almır.”Üstəlik kirayəpulu və digər xərcləri nəzərə alsaq, deyə bilərəm ki, aylıq xərcim 120-130 manatdır”.

Tələbəlik illərinin ilk çağlarını yaşayan Gülşən İldırımlı isə aylıq təqaüdündən narazı deyil. Bakı Dövlət Universitetində I kursda oxuyan Gülşən qeyd edib ki, aylıq xərci o qədər də çox deyil. “Hardasa 40-50 manat aylıq pul xərcləyirəm. Aldığım təqaüd aylıq xərclərimi ödəmək üçün kifayətdir”.

Azərbaycan Texniki Universitetinin sonuncu kurs tələbəsi olan Bəxtiyar Rüstəmov da ənənəvi problemdən bəhs edib. Qeyd edib ki, kirayə qaldığı üçün xərcləri bir az çoxdur. Məsələn ev kirayəsi, gündəlik yolpulu və digər xərcləri hesablasaq, bu məbləğ 100-110 manatdır.

 Rəşad Qarayev universitetə qaxil olmağına peşman olub. Bizimlə söhbətdə Müşviqabad qəsəbəsində yaşayan Rəşad yolunun uzaq olmasından  şikayətlənərək bir sıra problemlərini sadaladı. Onun sözlərinə görə, aylıq xərcləri 100, 120 manat təşkil edir. Onu tələbə olduğuna peşiman edən səbəb isə işsizlik qorxusudur. O, hesab edir ki, universiteti bitirdikdən sonra bir çox məzunlar kimi iş tapa bilməyəcək.

Göründüyü kimi gənclik oxumaq üçün stimul verəcək maddi vəziyyəti heç də yaxşı deyil.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı