Modern.az

Ərdoğan “Üstün müsəlman şəxsiyyət” oldu

Ərdoğan “Üstün müsəlman şəxsiyyət” oldu

Təhsil

11 Yanvar 2011, 11:38

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Küveytdə İslam dünyasının “Üstün müsəlman şəxsiyyət” mükafatına layiq görülüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, beynəlxalq xeyriyyə təşkilatının kecirdiyi təqdimat mərasiminə Küveytın baş naziri Şeyx Nəsir əl Məhəmməd Əl Əhməd Əl Sabah, Türkiyənin dövlət naziri Zəfər Çağlayan, maliyə naziri Mehmet Şimşək, enerji və təbii sərvətlər naziri Taner Yıldız, Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, qızı Süməyya Ərdoğan iştirak edib.
Tədbirdə  çıxış edən Rəzəb Tayyib Ərdoğan layiq görüldüyü mükafatdan məmnunluğunu ifadə edib. Ərdoğan çıxışında bunları deyib. “İslama terrorçuluq damğası vurmaq istəyən fikirləri hər yerdə rədd etdik və tarixə kecirdik. “İslam” sözü ilə “terror” sözünü bir yerdə işlətmək, bu əziz dinə qarşı ən böyük haqsızdıqdır”.

Ərəb libası geyinən Ərdoğana qılınc da hədiyyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı