Müsavat Partiyasının başqanı İsa Qəmbər martın 9-da partiyanın qərargahında öz müavinlərinin iştirakı ilə partiyaya qayıtmaq istəyən professor Adil Qeybullanı qəbul edib.
Müsavat Partiyasından verilən məlumata görə, görüşdə A.Qeybullanın partiyaya bərpa olunmaq istəməsi ilə bağlı müraciəti müzakirə edilib və partiya rəhbərliyi tərəfindən məsələ müsbət həll olunub.
Qeyd edək ki, Müsavat Partiyasının Divan üzvü olmuş A.Qeybulla bu il yanvarın 5-də başqan müavini Qabil Hüseynli ilə birlikdə partiyadan istefa vermişdi.
Modern.az