Modern.az

“İynədən sapa qədər hər şey inhisara alınıb” - ETİRAZ

 “İynədən sapa qədər hər şey inhisara alınıb” - ETİRAZ

Eğitim

2 İyul 2013, 14:06

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanun layihəsi barədə müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa qanun layihəsini ciddi tənqid edib.

“Sahibkarlıq sahəsində inhisarlar aradan qaldırılmalıdır. Məhz bu olmadıqda sahibkarlar üçün hər hansı qanunun hazırlanmasının heç bir əhəmiyyəti olmayacaq. Bu qanun xoş niyyətlə hazırlansa da, sahibkarlıq sahəsində heç nə əldə etməyəcək. Sahibkarlığın inkişafı üçün ilk növbədə Rəqabət Məcəlləsi qəbul edilməlidir. Vergi orqanlarının qeyri-rəsmi münasibətlərin aradan qaldırılmalıdır”.

Fazil Mustafanın sözlərinə görə, Bakıda bütün sahələrdə baş verən inhisarçılıq sahibkarlığın inkişafına maneçilik törədir. “Sahibkarlıqda inhisarlar aradan qaldırılmalıdır. Ölkədə iynədən sapa qədər hər şey inhisara alınıb”.

Deputat vurğulayıb ki, bir sıra iqtisadi inhisarların saxlanılmasının əleyhinə deyil.

“Amma Rəqabət Məcəlləsi işləməlidir və sağlam rəqabətə yol açılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” qanunun işləyəcəyinə əmin deyiləm və bu qanunun əleyhinə səs verəcəyəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı