Modern.az

Dağıstan Prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

Dağıstan Prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

تحصیلات

26 Dekabr 2013, 21:56

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycana səfər çərçivəsində dekabrın 26-da Heydər Əliyev Mərkəzində olub.

Heydər Əliyev Mərkəzindən Modern.az-a verilən məlumata görə, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, eləcə də Mərkəzin dünya memarlıq inciləri sırasında olan binası barədə məlumat verilib.

Mərkəzin direktoru Anar Ələkbərov qeyd edilib ki, Mərkəz, regionda və dünyada beynəlxalq dialoq mərkəzi kimi tanınır. Heydər Əliyev Mərkəzinin müxtəlif sahələri əhatə edən layihələri Azərbaycanın dünyaya tanıdılmasında və ölkələr arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır.

R. Abdulatipov Heydər Əliyev Mərkəzindəki muzeyin eksponatları ilə tanış olub. Qonağa bildirilib ki, Muzey Heydər Əliyev irsinin tədqiqi baxımından zəngin məlumat bazası rolunu oynayır. Burada, həmçinin Azərbaycan tarixinin ən önəmli hadisələri barədə məlumatlar əldə etmək mümkündür.

Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin binası eləcə də Auditorium zalı ilə tanış olub.

Xatirə kitabına Heydər Əliyev Mərkəzinə səfərinin təəssüratlarını bölüşən Dağıstan Prezidenti görkəmli dövlət xadimi  Heydər Əliyevlə şəxsən tanışlıqdan fəxr hissi duyduğunu qeyd edib.

Dağıstan Prezidentinə sonda xatirə hədiyyəsi təqdim olunub.
















 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı