
Azərbaycan Respublikası Nazirlər Kabinetində ötən il ərzində 365 qərar və 401 sərəncam qəbul edilib. Modern.az saytının xəbərinə görə, bu məlumat Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına 2013-cü ildə vətəndaşlar tərəfindən 9023 ərizə, məktub və təklif daxil olunub.
Rəsmi məlumata görə, daxil olan müraciətlərin əsas mövzusunu sosial təminat, əmək və əməkhaqqı, inzibati orqanların işi ilə əlaqədar məsələlər, qaçqınlar və məcburi köşkünlərlə, təbii fəlakətin doğurduğu fəsadlarla bağlı problermlər, torpaq, təhsil, tikinti üzrə məsələlər təşkil edilib.
Həmin dövrdə Azərbaycan Respublikası Baş nazirinin müavinləri və şöbə müdirləri tərəfindən müvafiq məsələlərlə bağlı 2095 vətəndaş qəbul edilib.
Rafiq Qənbərov