Modern.az

Heydər Əliyev Fondu cəbhə rayonunda uşaq bağçaları tikdirir

Heydər Əliyev Fondu cəbhə rayonunda uşaq bağçaları tikdirir

Education

5 Mart 2014, 12:49

Ölkə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzuli rayonunda iqtisadiyyat, mədəniyyət, abadlıq-quruculuq sahəsində geniş miqyaslı işlər görülür.

Rayon sakinlərin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməyi var. Füzuli rayon Icra Hakimiyyətindən Modern.az-a bildirilib ki, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə keçən il Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli məktəb ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunubBir hektara yaxın ərazisində müxtəlif növ ağaclar əkilmiş həmin məktəb istifadəyə verilib.

Hazırda Fondun köməkliyi ilə Horadiz şəhərində 100 çarpayılıq uşaq bağçalarının tikintisinə başlanıb.

Bu gün isə Heydər Əliyev Fondunun köməkliyi ilə Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının təməl qoyma mərasimi keçirilib.

Tədbir iştirakçıları Horadiz şəhərinin və digər yaşayış məntəqələrinin simasına yeni bir gözəllik bəxş edən məktəb və uşaq bağçalarının tikilərək istifadəyə verilməsinə görə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirilib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı