Modern.az

Səhiyyə Nazirliyi: “Qaradağda 115 nəfər qazdan zəhərlənib”

Səhiyyə Nazirliyi: “Qaradağda 115 nəfər qazdan zəhərlənib”

Образование

6 Mart 2014, 11:43

Səhiyyə Nazirliyi Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində ötən gün günorta saatlarında məişət qazından kütləvi zəhərlənmə hadisəsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, martın 5-i saat 19:00 radələrində Səhiyyə Nazirliyinin 103 Təcili Tibbi Yardım stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsi sakinləri tərəfindən kütləvi zəhərlənmə ilə əlaqədar müraciətlər daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal hadisə yerində gəlib və 115 nəfərə qazdan zəhərlənmə diaqnozu qoyulub. Sakinlərdən 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub. Daxil olmuş vətəndaşların hər birinə lazımı tibbi yardım göstərilib və həyati təhlükə olmadığı üçün bu gün səhər saatlarında evlərinə buraxıllb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı