Modern.az

Sumqayıt Dövlət Universitetinin prorektoru vəfat edib - FOTOLAR

Sumqayıt Dövlət Universitetinin prorektoru vəfat edib - FOTOLAR

Təhsil

14 Mart 2014, 20:20


Martın 14-də istedadlı jurnalist, “Xalq qəzeti”nin baş redaktorunun sabiq müavini, Sumqayıt Dövlət Universitetinin prorektoru İbrahim Nizami oğlu Ömərov vəfat edib.

Mərhumun qardaşı Modern.az saytına bildirib ki, İbrahimin vəziyyəti martın 14-də gecə saatlarında qəflətən pisləşib, evə təcili tibbi yardım çağırılıb. Daha sonra onu Mərkəzi Kliniki Hospitala qaldırıblar. Həkimlərin səyinə baxmayaraq İbrahim Ömərov infarkt nəticəsində dünyasını dəyişib.
Mərhum bu gün Əmircan qəbiristanlığında torpağa tapşırılıb.

İbrahim Nizami oğlu Ömərov 14 may 1977-ci ildə anadan olub. Ali təhsilini başa vurandan sonra müxtəlif sahələrdə, “Elita”, “Respublika” qəzetlərində çalışıb. Uzun müddət isə “Xalq qəzeti”ndə işləyib.

Bir ay əvvəl o, Sumqayıt Dövlət Universitetinə prorektor təyin edilmişdi. Evli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin.



















A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı