Modern.az

Nazirlikdə 260 nəfər peşə hazırlığına cəlb olunub

Nazirlikdə 260 nəfər peşə hazırlığına cəlb olunub

Образование

17 Mart 2014, 10:52

Dövlət Məşğulluq Xidməti 260 nəfərə yaxın vətəndaşı peşə hazırlığına cəlb edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması məqsədilə onların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkilinə xüsusi önəm verir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə cari ilin yanvar-fevral aylarında DMX orqanları tərəfindən bərbər, qaynaqçı, tikişçi, dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, qənnadçıvə s. peşələr üzrə 15 peşə hazırlığı kursu təşkil edilib. Kurslara ümumilikdə 258 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Kurslardan 12-i ənənəvi, 3-ü modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılır. Müdavimlər kursları bitirdikdən sonra DMX orqanları tərəfindən onların yeni yiyələndikləri peşələr üzrə münasib işlərlə təminatı həyata keçiriləcək.

Qeyd edək ki, peşə tədrisi kurslarının böyük əksəriyyəti DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Naxçıvan Peşə Tədrisi Mərkəzində təşkil olunur.

 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı