Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Krımın paytaxtı Simferopol şəhərində yerləşən Ukrayna hərbi bazasına silahlı hücum təşkil edilib.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vladislav Selezniyov hücumda bir əsgərin öldüyünü, bir kapitanın da yaralandığını söylədi.V.Selezniyov hücumu kimin təşkil etdiyinin bilinmədiyini və "tam təchizatlı silahlı qrupun üzlərinin bağlı olduğunu" ifadə etdi.
Modern.az