Modern.az

"Azadlıq" radiosunun büro rəhbəri güllələnib

"Azadlıq" radiosunun büro rəhbəri güllələnib

Təhsil

22 Mart 2014, 20:58

"Azadlıq" radiosunun Bağdad bürosunun rəhbəri Mohammed Bdaivi Ovaid öldürülüb. Hadisə martın 22-də səhər saatlarında prezident sarayından bir qədər kənarda, radionun ofisi yaxınlığında xüsusi mühafizə olunan ərazidə baş verib.

Modern.az saytı "Azadlıq"a istinadən xəbər verir ki, jurnalisti hərbi mühafizəçinin öldürdüyü bildirilir.

Araşdırmalara başlanılıb.

Efirdə Hasan Raşid kimi tanınan Ovaid 1993-cü ildən jurnalistikada idi. Bir neçə media qurumunda redaksiya heyətinin təsisçisi və ya rəhbəri olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı