Modern.az

"Atletiko" və "Bavariya" yarımfinalda

"Atletiko" və "Bavariya" yarımfinalda

Education

10 Aprel 2014, 01:36

Bu gecə Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Modern.az saytı xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma baş tutub. "Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Matçın 5-ci dəqiqəsində hesabı açan Madrid təmsilçisi bu üstünlüyünü sonadək qoruyub və yarımfinala yüksəlib - 1:0.  

Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatdığından cütün taleyinə cavab matçında aydınlıq gələcəkdi. Rəqibini 3:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi yarımfinala adını yazdırmağı bacarıb. 

9 aprel

Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1) - 1:0
Qol: Koke, 5 (1:0) 

23:45. "Bavariya" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) (İlk oyun - 1:1) - 3:1
Qollar: Evra, 57 (0:1), Mandzukiç, 59 (1:1), Müller, 68 (2:1), Robben, 76 (3:1)

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı