Modern.az

Zakir Həsənov əmr imzaladı

Zakir Həsənov əmr imzaladı

Образование

18 Aprel 2014, 13:52


Müdafiə naziri Zakir Həsənov "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü"nün qeyd edilməsi haqqında əmr imzalayıb.
Modern.az-ın məlumatına görə, əmrdə bildirilir ki, mərhum prezident Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi qərara alınıb.

Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı