Modern.az

ABŞ-da edam olunanların 4 faizi günahsızdır

ABŞ-da edam olunanların 4 faizi günahsızdır

Təhsil

29 Aprel 2014, 14:01

ABŞ-da ildə edam olunan insanların təxminən 4 faizi günahsız olur. Modern.az xarici KİV-ə istinadən bildirir ki, amerikalı alimlərin bu iddiası “Proceedings of the National Academy of Sciences” elmi jurnalında çap olunub. Araşdırmaçılar bu qənaətə ABŞ məhkəmələrinin 1989-cu ildən 2009-cu ilədək çıxardıqları ölüm hökmlərini analiz edərkən gəliblər. Alimlərin sözlərinə görə, barələrində ölüm hökmü çıxarılan hər 25 nəfərdən biri günahsız olub. Bundan əlavə, məlum olub ki, ittiham olunanların qərarlardan şikayətinə yenidən baxılıb onların xeyrinə qərar çıxarılması göstəricisi də aşağıdır.

Qeyd edək ki, bundan əvvəl BMT ABŞ-ın 16 ştatında ölüm hökmünün tətbiq edilməsi ilə bağlı narahatlığını bəyan edib. 2013-cü ildə ABŞ-da 39 ölüm hökmü icra olunub  və bu göstəriciyə görə dünyada beşincidir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı