Modern.az

Ankaraya uçan təyyarəni partlatmaq istədilər

Ankaraya uçan təyyarəni partlatmaq istədilər

Təhsil

2 May 2014, 16:12


Lefkoşa -Ankara marşrutu ilə uçan təyyarə sərnişinlərdə birinin onu partlamaq hədə-qorxusundan sonra İstanbula eniş edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayətkar burada saxlanılıb. İnsident Anadolu Jet aviasiya şirkətinin Şimali Kipr Respublikasının paytaxtı Lefkoşiyadan Türkiyə paytaxtına uçuş həyata keçirən təyyarədə baş verib. Adı hələ ki açıqlanmayan 50 yaşlı sərnişin ayaqyoluna girib qapını bağlayaraq təyyarə İstanbula enməzsə partladacağı ilə hədələyib. Ancaq təyyarə Ankaraya qədər uçub və uğurlu eniş edib. Bundan sonra polislər ayaqyolunun qapısını sındıraraq cəhdi uğursuz alınan şəxsi yaxalayıblar.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı