Modern.az

Bakıda əsgərləri aparan maşın qəzaya düşdü

Bakıda əsgərləri aparan maşın qəzaya düşdü

Eğitim

4 May 2014, 13:18

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. ANS PRESS-in məlumatına görə, Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAz" markalı yük avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiklərinə minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı "Mersedes"in tanımaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı