Modern.az

Fransa prezidenti: “Rusiyanı dialoqa çağırıram”

Fransa prezidenti: “Rusiyanı dialoqa çağırıram”

Образование

5 May 2014, 23:30


"Ukraynada may ayının 25-nə təyin olunmuş prezident seçkilərinin baş tutmasına heç nə mane olmamalıdır".  Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland deyib. Onun sözlərinə görə, Ukrayna ətrafında baş verən hadisələr diplomatik yolla öz həllini tapmalıdır: “Mən Rusiyanı dialoqa çağırıram. Çünki hazırda yeganə çıxış yolu budur”.

O, qeyd edib ki, Fransa Rusiyanın danışıqlar masasına əyləşdirmək üçün mümkün vasitələrdən istifadə edəcək: “Bizim Rusiya ilə dərin etibara söykənən münasibətlərimiz var. Ümidvaram ki, Vladimir Putin irəli sürdüyümüz təklifi qəbul edəcək. Diplomatik yolla danışıqlar aparılsa qısa müddət ərzində böyük irəliləyişə nail olmaq mümkündür”.

 

Günəş Fərhadlı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı